Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzusunda növbəti treninq keçirilib


Noyabrın 8-də Şəki şəhərində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzusunda treninq keçirilib. Treninqdə Şəki şəhərində fəaliyyət göstərən 20-dən çox sahibkar iştirak edib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İİN-in məlumatında deyilir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “http://www.icazeler.gov.az/”, “http://www.b2b.az/” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.



CAHANGİR





09/11/12    Çap et