Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“nVidia” şirkəti rübü rekord mədaxillə başa vurub


“nVidia” şirkəti oktyabrın 28-də başa çatmış 2013 maliyyə ilinin üçüncü rübü üzrə hesabat verib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qrafik prosessor istehsalçısı 3 ay ərzində 1.20 milyard dollar dəyərində mədaxil əldə edib. Ötən maliyyə ilinin müvafiq dövrü ilə müqayisədə artım 12,9 faiz təşkil edib.

Xalis mənfəət 209,1 milyon dollara bərabər olub. 1 il bundan əvvəl şirkət 178,3 milyon dollar əldə edib. İllik hesablama üzrə artım 17,3 faiz təşkil edib.







 
EMİL





09/11/12    Çap et