Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” yeni nəsil “Itanium” prosessorlarını təqdim edib


“İntel” korporasiyası güclü hesablama sistemləri üçün nəzərdə tutulmuş “Itanium 9500” prosessorlarını təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Poulson” kod adı tanıdılan yeni çiplər 32 nanometr texnologiya üzrə hazırlanıb. Nüvələrin sayı 8-ə bərabərdir. Bu, əvvəlki nəsil “Tukwila” məhsulu ilə müqayisədə 2 dəfə çoxdur. Keş-yaddaşın tutumu 54 meqabayta bərabərdir.

“Itanium 9500” çiplərinin takt tezliyi 1,73-2,53 qiqahers arasında dəyişilir. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 130 və ya 170 Vatt-a bərabərdir.

İri topdansatış partiyalarda yeni prosessorun qiyməti 1350-4650 dollara bərabərdir. “Hewlett-Packard” şirkəti “Itanium 9500” əsasında işləyən serverlər təklif edəcək.



 
EMİL





09/11/12    Çap et