Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Daha bir haker azadlıqdan məhrum edilib
17 min smartfonu yoluxdurmuş virusun müəllifi fransalı proqramçı 1 il müddətinə azadlıqdan məhrum edilib. Fransa məhkəməsi noyabrın 8-də belə qərar çıxarıb.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, fırıldaqçılıq sxemi standart idi: virus qeyri-rəsmi saytlarda populyar proqram kimi tanıdılmış tətbiq idi. Yüklənmiş tətbiq “SMS” göndərilməsi üzrə gizli mexanizmi işə salırdı. Həmin “SMS”-lər üçün ödəmə haqqı artırılmış qiymətlər üzrə həyata keçirilirdi.
Hüquq-mühafizə orqanlarından verilmiş məlumata görə, telefon sahiblərinə dəymiş ümumi ziyan təxminən 500 min avro təşkil edib. Lakin 20 yaşlı hakerin gəliri yalnız 4 min avro təşkil edib. Haker əldə etdiyi pula sadəcə yeni kompüter və videooyunlar satın alıb. Məhz buna görə ona daha ciddi cəza verilməyib.
EMİL
09/11/12 Çap et