Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” əməkdaşlarının 33 faizi şirkətin sosial şəbəkəsindən istifadə etmir


“Google” əməkdaşlarının 33 faizi “Google+” sosial şəbəkəsində istifadə etmir. Korporasiya əməkdaşlarının sosial şəbəkədəki fəallığını araşdırmaq üçün yaradılmış “googleplusghosts.com” saytından belə məlumat verilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tədqiqatçılar şirkətin 2 mindən çox istifadəçisinin hesabını araşdırıblar. Onların 32,6 faizinin son ay ərzində heç nə dərc etmədiyi məlum olub. İstifadəçilərin 12,9 faizi isə 6 ay ərzində öz hesablarını yeniləməyiblər.

“Googleplusghosts.com” saytını Britaniyanın rəqəmli marketinqlə məşğul olan  “RocketMill” agentliyində texnologiya direktoru Yosaf Sekander (Yousaf Sekander) yaradıb. Tədqiqat nəticəsinə əsasən,  “Google” əməkdaşları şirkətin sosial şəbəkəsinin pərəstişkarı deyillər.

Xatırladaq ki, “Google+” 2011-ci ilin yayında istifadəyə verilib və sosial şəbəkədə sentyabrda açıq qeydiyyat mümkün olub. 2012-ci ilin sentyabrına olan məlumata görə, hazırda “Google+” sosial şəbəkəsində 400 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
EMİL





09/11/12    Çap et