Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Qualcomm" kapitallaşdırma dəyərinə görə "İntel"i üstələyib


"Qualcomm" şirkəti smartfonların populyarlığı fonunda bazar qiymətinə görə "İntel"i üstələyib. "Qualcomm"un kapitallaşdırma dəyəri hazırda 106 milyard dollar təşkil edir. "İntel" korporasiyasında bu göstərici 105 milyard dollara bərabərdir. Şirkətin nümayəndəsinin sözlərinə görə, inkişaf etməkdə olan bazarlar və inkişaf etmiş ölkələrin tələbatlarının artması sayəsində "Qualcomm" şirkətinin satış həcmi artıb.










EMİL





12/11/12    Çap et