Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” İsveçrə saatlarından istifadəyə görə 21 milyon dollarından keçməli olub


“Apple” şirkəti mobil qurğularında İsveçrənin dəmir yolu saatlarının nümunəsindən istifadə etdiyinə görə İsveçrə Federal Dəmir Yolları (SBB) şirkətinə kompensasiya kimi 21 milyon dollar (SBB) ödəyib.

Qeyd edək ki, 2012-ci ilin sentyabrında “SBB” nümayəndələri “Apple” şirkətini əqli mülkiyyət hüquqlarını pozmaqda təqsirləndirmişdi. Belə ki, yeni “iOS 6” əməliyyat sistemində quraşdırılmış "Saat" tətbiqi isveçrəlilərin narazılığına səbəb olmuşdu.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, lisenziya sazişi oktyabrda bağlanmışdı, lakin o zaman kompensasiyanın məbləği haqqında məlumat verilmirdi.

Məlumat üçün bildirək ki, məşhur saatın xarici görünüşü 1944-cü ildə hazırlanıb. O vaxtdan etibarən bu saatlar yalnız İsveçrədə deyil, həm də digər Avropa ölkələrinin vağzallarında geniş tətbiq olunur. Bəzi ekspertlər bu saatı "mükəmməl dizayn nümunəsi" adlandırırlar.

EMİL






12/11/12    Çap et