Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gmail” elektron poçtuna görə istefa etdi
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Devid Petreus “Gmail” hesabına görə istefaya getməli olub. Federal Təhqiqatlar Bürosu (FTB) yüksəkvəzifəli məmurun poçt qutusuna üçüncü şəxsin giriş imkanına malik olduğundan şübhələnib və buna görə də hesabın fəaliyyətini müşahidə edib.
Müşahidə nəticəsində məlum olub ki, Petreusun poçt qutusundan ya Pola Broduell, ya da digər şəxs istifadə edir. Qeyd edək ki, Pola Broduell MKİ-nin direktoru Devid Petreusun həm bioqrafı, həm də məşuqəsidir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Ağ Evin rəsmi bəyanatında Petreusun ölkə qarşısındakı xidmətləri qeyd edilib. Bundan başqa, istefadan sonra general rütbəsi ondan alınmayıb.
EMİL
12/11/12 Çap et