Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“BlackBerry” smartfonları allergiya yarada bilər
“BlackBerry” smartfonlarının populyarlığı onsuz da sürətlə azalır. Bu arada isə həkimlər odun üstünə yağ töküblər. Amerikanın Allerqoloqlar Cəmiyyətinin (ACAAI) alimləri smartfonların tərkibini iki geniş yayılmış allergen (kobalt və nikel) baxımından yoxlamaq qərarına gəliblər. Kanadanın “RIM” şirkətinin istehsal etdiyi aparatların allergiya yarada biləcəyi məlum olub.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, alimlərin sözlərinə görə, “BlackBerry” modellərinin 33 faizində nikel metalı mövcuddur. Bu metal ən məşhur allergenlərdən biridir: o, qadınların 17, kişilərin isə 3 faizində allergik reaksiya yaradır. Kanada smartfonu şiş, asqırma və qaşınma yarada bilər.
Bundan başqa, bəzi “BlackBerry” modellərində kobalt aşkar edilib. “RIM” şirkətinin köhnə smartfonları daha təhlükəlidir, çünki onların hər birində nikel, 50 faizində isə kobalt mövcuddur. Həkimlər “iPhone” və “Android” platforması ilə işləyən smartfonlarda təhlükəli maddələr aşkar etməyiblər.
EMİL
12/11/12 Çap et