Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” dil baryerini aradan qaldıracaq


“Microsoft” şirkəti insan danışığının tərcüməsi sahəsində əldə etdiyi nailiyyətləri təqdim edib. Amerikalı istehsalçılar iddia edirlər ki, yaxın gələcəkdə müxtəlif ölkələrin sakinləri arasında dil baryeri aradan qaldırılacaq və müxtəlif dilli istifadəçilər öz aralarında rahat şəkildə ünsiyyət qura biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyasının tədqiqat bölməsinin rəhbəri Rik Rəşid Çinin Tyanszin şəhərində keçirilmiş konfransda sistemin iş fəaliyyətini əyani şəkildə göstərib.

Proqram nəhənginin nümayəndəsi ingilis dilində bir neçə cümlə deyib və konfransda iştirak edən qonaqlar onların Çin dilində tərcüməsini eşidiblər. Cümlələrin səsləndirilməsi üçün istifadəçinin səsini yüksək dəqiqliklə imitasiya edə bilən sintezləmə sistemindən istifadə olunub.


 
EMİL





12/11/12    Çap et