Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da bildirişlər səsli olacaq (VİDEO)


“Facebook” istifadəçilərinin bəzilərində yeni bildirişlər olduqda səs siqnalı eşidilib. Bu yeniliyi bir neçə gün əvvəl “VentureBeat” bloqunun redaktoru Şon Lüdviq görüb. Onun sözlərinə görə,  nəşrlərinə yeni şərhlər yazıldıqda və ya “Like” edildikdə səs siqnalı eşidilir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Facebook”un korporativ kommunikasiyalar meneceri Meredit Çin sosial şəbəkənin səsli bildirişləri sınaqdan keçirdiyini təsdiqləyib. O, yeniliyin bütün istifadəçilər üçün əlçatan olub-olmayacağını və onun istifadəyə verilmə tarixi barədə məlumat verməyib.







EMİL





13/11/12    Çap et