Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “BlackBerry” smartfonu daha fərqli olacaq


Yeni "BlackBerry” smartfonu 2013-cü il yanvarın 30-da təqdim ediləcək. Bu barədə Kanadanın "Research in Motion” (RIM) şirkəti bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata əsasən, smartfonun iki modeli (sensor ekran və “QWERTY” düzülüşlü  klaviatura) təqdim ediləcək. Yeni nəsil qurğular təkmilləşdirilmiş "BlackBerry 10” əməliyyat sistemi (ƏS) ilə işləyəcək.

Biz "BlackBerry 10” ƏS-i üzərində işləyərkən qarşımıza həqiqətən unikal mobil kompüter qurğusu yaratmaq məqsədi qoyduq” – “RIM”-in icraçı direktoru Torsten Hayns qeyd edib. Komandamız müştərilərimizə yenilikçi xüsusiyyətləri təqdim etmək üçün yorulmadan çalışıb. Bütün bunlar "BlackBerry Flow” istifadəçi interfeysində əksini tapacaq".

Mütəxəssislər qeyd edirlər ki, “RIM” şirkəti yeniliyi təqdim etməklə telekommunikasiya qurğuları bazarındakı mövqeyini geri qaytarmağa ümid edir. Nə vaxtsa aparıcı ticarət markalarından olmuş firma son illərdə “Apple” və “Samsung” kimi nəhənglərin sərt rəqabəti ilə üzləşib.

EMİL





13/11/12    Çap et