Planşet bazarında “Android”in payı xeyli artıb
“Strategy Analytics” şirkətinin məlumatına görə, 2011-ci ilin ikinci rübündə planşet bazarında “Android” əməliyyat sisteminin payı 30,1% təşkil edib. Qeyd edək ki, “Strategy Analytics” şirkəti keçən ilin III rübünün nəticəsinə görə analoji tədqiqatı aparıb. Həmin dövrdə isə planşet seqmentində “iPad” hökmranlıq edirdi, onun payı demək olar ki, 95%-ə çatırdı və “Google” platformasının payı isə cəmi 2,9% təşkil edirdi.
2011-ci ilin aprel-iyun aylarında isə “Apple” şirkəti bazarın 61,3%-nə nəzarət edirdi. Daha dəqiq desək, ikinci rübdə 9,3 milyon “iPad” satılıb. Bu göstərici demək olar ki, keçən ilin üçüncü rübündəki göstəricidən 3 dəfə çoxdur. “Android”in nəticələri isə daha heyrətləndiricidir; 0.1 milyondan 4,6 milyona kimi artım qeydə alınıb.
“Microsoft” şirkəti də planşet bazarında irəli gedə bilib. “Strategy Analytics” şirkətinin məlumatına görə, demək olar ki, 1 il əvvəl “Windows” ilə işləyən planşetləri almırdılar. Hal-hazırda bu əməliyyat sisteminin payı 4,6% təşkil edir.
www.onliner.by