Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyalılar orta əsr əlyazmalarını rəqəmli formata keçirəcəklər


Böyük Britaniyanın Ekseter Universitetinin əməkdaşları günümüzə qədər gəlib çatan orta əsr əlyazmalarını rəqəmli formata keçirməyi təklif ediblər və artıq müasir mobil qurğular üçün müvafiq tətbiq hazırlamağa başlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, dünyanın müxtəlif muzeylərinə virtual turlar hazırlamaqla məşğul olan “Antenna International” şirkəti faydalı tətbiqin hazırlanmasında professorlara yardım edəcək. Orta əsr əlyazmalarının ciddi mühafizə olunmasının səbəbi çox sadədir: onlar çürüməyə meyilli çox kövrək materialda yazı kimi saxlanmış ümumdünya tarixinin mühüm hissəsidir. Buna görə də onları araşdırmaq və ya heç olmasa, öz gözləri ilə görmək istəyənlərin əksəriyyəti bu imkandan məhrumdurlar.

Ekseter Universitetində çalışan əməkdaşların işi ağırdır, çünki onlar qədim əlyazmaları rəqəmli formata şəxsən keçirməli olacaqlar. Bu isə böyük məsuliyyət deməkdir. Qeyd edək ki, kövrək materiala işıq, rütubət, külək, yüksək və ya aşağı temperatur və hətta ən adi toxunuş belə zərər vura bilər.
Qeyd edək ki, əlyazmaların əksəriyyəti 10-11-ci əsrlərə aiddir.
 
EMİL





13/11/12    Çap et