Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
O da “Microsoft”dan getdi
“Windows” əməliyyat sisteminin (ƏS) hazırlanması və marketinq məsələlərinə görə cavabdehlik daşıyan “Microsoft” şirkətinin top meneceri Stiven Sinofski vəzifəsindən gedib.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, şirkətin məlumatına görə, Sinofski istefa haqqında qərarı könüllü qəbul edib.
Stiven Sinofski “Microsoft” əməkdaşlarına göndərdiyi məktubda gedişinin səbəbini izah edib. “Microsoft” şirkətində tutduğum vəzifələrdən getmək vaxtı çatıb. Mən “Microsoft” məhsullarının üzərində 23 il çalışdıqdan sonra yeni imkanlar axtarmaq üçün şirkəti tərk etmək qərarına gəldim" – nəşr Sinofskinin məktubundan sitat gətirib.
Sinofskinin gedişindən sonra “Windows” proqram təminatı və onunla bağlı aparat təminatından korporasiyanın vitse-prezidenti Culiya Larson-Qrin sorumlu olacaq.
Culiya bu posta ən yaxşı namizəddir və mən onu bu vəzifədə görməyə şadam" – “Microsoft”un baş direktoru Stiv Balmer bildirib.
Dünyada tanınmış əməliyyat sisteminin satışlarına isə Tami Reller (Tami Reller) məsuliyyət daşıyacaq. Hər iki top-menecer birbaşa Balmerə tabe olacaq.
"Mən Stivenə təşəkkür edirəm. Son bir neçə ay ərzində bazara çıxardığımız məhsul və xidmətlər sayəsində “Microsoft” yeni eraya qədəm qoymuş oldu" – Balmerin bəyanatında bildirilib.
EMİL
13/11/12 Çap et