Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyanın “Omote 3D” fotostudiyası müştərilərini “3D” printerlə “çap edəcək”


Yaponiyada açılacaq “Omote 3D” fotostudiyası ənənəvi foto əvəzinə müştərilərinin üçölçülü modellərini hazırlayacaq.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Omote 3D” fotostudiyasında çəkiliş 3 mərhələdən ibarətdir: əvvəlcə operatorlar insanı “3D” skanerlə skanlaşdırırlar, bundan sonra kompüterdə xüsusi proqram təminatı vasitəsilə onun modeli tərtib edilir. Şəkil çəkdirən şəxsin “3D” printer vasitəsilə həcmli fiqurunun yaradılması isə son mərhələdir.

Birinci mərhələ (skanlaşdırma) təxminən 15 dəqiqə vaxt alır. Bu vaxt ərzində şəkil çəkdirən eyni mövqedə dayanmalıdır, buna görə fotoçəkilişdə 6 yaşa qədər uşaqların iştirakı tövsiyə edilmir.

Studiya fiqurların hazırlandığı material və çap texnologiyası haqqında məlumat verməyib.Fiqurun hündürlüyünü (10, 15 və ya 20 santimetr) müştəri özü seçir. Xidmətin qiyməti seçilmiş hündürlük və iştirakçıların sayından asılıdır.“Omote 3D” noyabr 24-də açılacaq və yanvarın 14-nə qədər fəaliyyət göstərəcək.
 
EMİL





13/11/12    Çap et