Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
TQDK-nın təqdim etdiyi 3 e-xidmət Elektron Xidmətlər Portalına inteqrasiya edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “e-Gov” Elektron Xidmətlər Portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, komissiyanın nəşrlərinin elektron versiyalarının satışı sistemi və virtual ödəmə kartlarının “Goldenpay” və “Netmoney” vasitəsilə satışı xidmətləri portala inteqrasiya edilib.
TQDK-nın nəşrlərinin elektron versiyalarının satışı sistemi vasitəsilə “Abituriyent” və “Magistr” jurnalları və sair metodiki vasitələri əldə etmək olar.
TQDK-nın virtual ödəmə kartlarının “Goldenpay” və “Netmoney” vasitəsilə satışı xidmətləri ilə elektron ərizə vermək və sınaq imtahanlarına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarının elektron satışı mümkündür.
CAHANGİR
13/11/12 Çap et