Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2013-cü ildə “ağıllı” eynək istifadəyə veriləcək


“Vuzix” şirkəti “Google”-un “ağıllı” eynəyinin rəqibi olacaq “Smart Glasses M100” hazırlayıb və 2013-cü ilin birinci yarısında onun satışlarına başlamağı planlaşdırır. Qurğu “Android Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyir, “Wi-Fi”, “Bluetooth” modulları, “HD” təsvir ölçülü kamera ilə təchiz edilib. “iOS” və “Android” platforması ilə işləyən smartfonlara qoşula bilir.

“Smart Glasses M100” vasitəsilə foto çəkmək, SMS göndərmək, internetdə sörfinq, zəng etmək mümkündür. Eynək səs əmrlərini “tanıyır”.

Tərəflərinin nisbəti 16:9 olan ekran “WQVGA” təsvir ölçüsünə malikdir.İnformasiyanın saxlanılması üçün 8 QB tutumlu yaddaş kartı istifadə oluna bilər. Prosessor kimi 1 QHs takt tezlikli “OMAP4430” quraşdırılıb. Eynəyin əməli yaddaş tutumu 1 QB, daxili yaddaşı isə 4 QB təşkil edir. Qurğuda, həmçinin düymələr nəzərdə tutulub.



 
EMİL





14/11/12    Çap et