Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bulud” xidmətlərinə maraq artır
“Dropbox” “bulud” xidməti istifadəçi hesablarının 100 milyonu ötdüyünü bəyan edib. Xidmətin yaradıcısı Dryu Hyuston bildirib ki, sistemin 100 milyonuncu istifadəçisi, demək olar ki, şirkətin 5 yaşı ilə eyni zamanda qeydiyyatdan keçib.
"Mən bu barədə hələ ki heç kəsə danışmamışam. “Dropbox”un yaradılması ideyası təsadüfən ağlıma gəldi. Belə ki, mən bir dəfə Bostonda yerləşən vağzalda fləş-kartımı itirdim və qərara gəldim ki, vacib əhəmiyyətli məlumatları cibdə daşımaq təhlükəlidir” – Dryu bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, son il ərzində “Dropbox” istifadəçilərinin sayı 4 dəfə artıb.
Şirkət əlamətdar hadisə ilə əlaqədar istifadəçilər üçün müsabiqə elan edib. Müsabiqənin şərtinə görə, “Dropbox” xidməti ilə bağlı ən maraqlı hekayənin müəllifinə şirkət sistemdə 10-dan 100 qiqabayta qədər yer ayıracaq.
EMİL
14/11/12 Çap et