Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı mütəxəssis aviasiya sahəsində yeni texnologiya ixtira edib


Azərbaycanlı mütəxəssis Ədalət İsmayılov aviasiya sahəsində yeni texnologiya ixtira edib. Ukraynanın Xarkov şəhərində, "Çayka" MMC-də çalışan soydaşımızın ixtira etdiyi mühərrikin (məsələn, reduktor və ya birvintli helikopterin daşıyıcı vintin) - reaktiv momentin kompensasiya mexanizmi böyük praktiki əhəmiyyətə malikdir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA-nın Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, helikopterin daşıyıcı vintinin reaktiv momentin kompensasiya mexanizminin tətbiqi nəticəsində sükan vint və quyruq tirsiz helikopter istehsalına imkan yaranacaq: "Bunun nəticəsində az qabaritli və az çəkili helikopterlərin istehsalı mümkün olacaq. Hal-hazırda ixtiraçı investor axtarışındadır. Maraqlanan şəxslər Elmi İnnovasiyalar Mərkəzinə müraciət edə bilərlər".


 
HƏQİQƏT





14/11/12    Çap et