Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” 2013-cü ilin əvvəlində yeni smartfon istehsal edəcək (VİDEO)
“Apple” şirkəti yeni “iPhone 5S” smartfonu, beşinci nəsil “iPad” planşet kompüterləri, həmçinin “iTV” ticarət markası altında televizorlarını istehsal etməyi planlaşdırır. Bu barədə Çinin “Commercial Times” nəşri məlumat verib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, yeni cihazlar 2013-cü ilin əvvəlində istehsal ediləcək. İstehsal həcminin 50 mindən 100 minə qədər təşkil edə biləcəyi qeyd olunub. Korporasiyanın nümayəndələri ənənəyə sadiq qalaraq yeniliklər barədə heç bir informasiya açıqlamayıblar.