“Google” “Oracle”nin təklifini rədd edib
Hal-hazırda “Oracle” korporasiyasının hissəsi sayılan “Sun Microsystems” şirkətinin rəhbərliyi “Google” şirkətinə onun “Java” texnologiyasına lisenziyanı 100 milyon dollara almağı təklif edib. “Google” şirkəti bu təklifdən imtina edib. Bu barədə “Google” şirkətinin vəkili Van Nest növbəti məhkəmə iclasında bildirib. Məhkəmədə internet nəhəngi cavabdeh, “Oracle” şirkəti isə iddiaçı qismində çıxış edib. “Google” şirkəti bu təklifdən imtina edib.
Məlumat üçün qeyd edək ki, “Oracle” və “Google” şirkətləri arasında məhkəmə epopeyası artıq demək olar ki, 1 ildir ki davam edir. “Sun” şirkətinin yeni sahibi internet-korporasiyaya qarşı iddianı keçən ilin avqust ayında verib və bildirib ki, “Android” əməliyyat sistemində “Java” texnologiyasının 7 patenti qanunsuz istifadə olunub, bu da müəllif hüquqlarını pozur. Bununla belə iddiaçı cərimənin dəqiq qiymətini bildirmir. Ehtimal edilir ki, cərimənin qiyməti 1,4 milyarddan 6 milyard dollara kimi ola bilər.
infox.ru