Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 düymlü “Full HD” ekranlı smartfon istehsal edilib
“HTC” şirkəti 1920x1080 piksel (440 ppi) təsvir ölçülü 5 düymlü “Super LCD 3” ekranla təchiz edilmiş “Droid DNA” smartfonunu təqdim edib. Qurğunun satışlarına noyabrın 21-də start veriləcək.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yenilik 1,5 QHs takt tezlikli dördnüvəli “Snapdragon S4 Pro” prosessoru, “Adreno 320” qrafik çipi ilə təchiz edilib, 2 QB əməli yaddaş tutumuna və 16 QB daxili yaddaşa malikdir, “microSD” slotu yoxdur. Modeldə 2 kamera (2,2 meqapikselli ön və 8 meqapikselli əsas) mövcuddur. Smartfon, həmçinin “Wi-Fi”, “Bluetooth 4.0” və “NFC” modulları, jiroskop və akselerometrlə təchiz edilib.
“Droid DNA” smartfonu “LTE” şəbəkələrini dəstəkləyir. Aparatın ölçüləri 141×71×9,7 mm, çəkisi 140 qram təşkil edir, “Android 4.1” platforması quraşdırılıb. Smartfon 2020 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
EMİL
14/11/12 Çap et