Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1 qiqabitlik internet sürəti artıq reallıqdır (VİDEO)
“Google” şirkəti abunəçilərin yüksəksürətli şəbəkəyə qoşulması prosesinə start verib. Kanzas şəhərinin sakinləri ayda 70 dollar ödəməklə 1 qiqabit sürətə malik internetə çıxış imkanı əldə edə bilərlər. Şəbəkəyə qoşulanlara əlavə olaraq 1 TB tutumunda "bulud" anbarı verilir.
Bundan başqa, axtarış nəhəngi 5 Mbit/s ötürmə sürətinə malik pulsuz internet təklif edir; istifadəçi bunun üçün rabitənin çəkilməsinə yalnız 300 dollar ödəməlidir.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Google”-un 1 qiqabitlik internetinə qoşulmuş istifadəçilərin verdiyi məlumata görə, internetə çıxışın real sürəti 600 – 700 Mbit/s təşkil edir.