Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində 52 xidmət növü elektron formada həyata keçirilir


Cari ilin ilk 9 ayı ərzində qiymətli kağızlar bazarının infrastrukturunun təkmilləşdirilməsi və xidmətlərin effektivliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlərin göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə komitənin internet səhifəsində elektron xidmətlər bölməsi istifadəyə verilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2012-ci ilin 9 ayı üzrə Fəaliyyət Hesabatında deyilir.

Hesabatda bildirilir ki, fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin elektron formada həyata keçirilməsi məqsədilə inzibati reqlamentlər hazırlanaraq təsdiq edilib. Hal-hazırda QKDK-da 52 xidmət növü elektron formada həyata keçirilməkdədir.



CAHANGİR





14/11/12    Çap et