Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar “3D” jestləri “tanıyacaqlar”
“Microchip Technology” (MT) şirkətinin mobil qurğular üçün hazırladığı “GestIC” texnologiyası üçölçülü fəzada jestləri “tanıya” bilir. Bu həll sayəsində istifadəçilər, məsələn, əlini ekrana toxundurmadan sadəcə onun qarşısından keçirməklə smartfonu "oyada" bilərlər.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, jestlərin tanınması texnologiyasını kütləviləşdirən birinci şirkət 2006-cı ildə “Wii” oyun konsolunu istifadəyə vermiş “Nintendo” olub. Bundan sonra 2010-cu ildə “Microsoft” korporasiyası “Xbox” oyun konsolu üçün “Kinect” kontrollerini təqdim etmişdi.
Bu qurğulardan fərqli olaraq, “MT” şirkətinin “3D” datçik texnologiyası kameralardan deyil, elektrik sahələrindən istifadə edir. Buna görə də yeni həll 150 mikrovatt enerji sərf edir. Yeni texnologiyanın daha bir üstünlüyü onun qiymətidir. Prosessorun kütləvi istehsalına start verildikdə onun qiyməti 2.26 dollar təşkil edəcək.“GestIC” çipləri noutbuk, planşet, fərdi kompüter və ya işıqlandırma cihazlarında tətbiq edilə bilər.
EMİL
14/11/12 Çap et