Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” “Apple” istifadəçilərinin xilaskarına çevriləcək


“Nokia” şirkəti elan edib ki, onun kartoqrafiya xidmətləri rəqib platformalarda (iPhone, Android və hətta Mozilla OS) işləyən smartfon istifadəçiləri üçün əlçatan olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Finlandiya şirkəti yaxın həftələr ərzində “iPhone”, “iPad” və “iPod touch” üçün öz kartoqrafiya və naviqasiya tətbiqini istifadəyə verəcək. Tətbiq “Here” adlanacaq.

“Apple” şirkətinin öz kartoqrafiya tətbiqindəki natamamlığı, həmçinin “iOS” platformasında “Google”-un keyfiyyətli xəritələrinin yoxluğunu nəzərə aldıqda Nokia”-nın şansı artır. “Here” xidməti səs naviqasiyasını yalnız avtomobilçilərə deyil, həm piyadalar, həmçinin ictimai nəqliyyatdan istifadə etməklə marşrutların qurulması üçün nəzərdə tutur. Bu iki funksiya hələ ki “Apple”-ın xəritəsində reallaşdırılmayıb. Bundan başqa, Finlandiyanın kartoqrafiya tətbiqi seçilmiş regionun xəritəsini əvvəlcədən yükləməyə və sonra ondan internetə qoşulmadan istifadə etməyə imkan yaradır.

“Android” platforması üçün ayrıca tətbiq olmayacaq, lakin “Nokia”-nın tərtibatçılar üçün hazırladığı alətlər dəsti onlara öz tətbiqlərini yaratmağa imkan verəcək.

“Nokia” şirkətinin nümayəndələri 200 ölkənin ətraflı xəritəsini özündə birləşdirən xidmətin müstəsna funksionallığı və tamlığı haqqında bildiriblər.
 
EMİL





15/11/12    Çap et