Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Skaner notların əsasında musiqi səsləndirəcək (VİDEO)


Tokio universitetində çalışan alimlərin yaratdıqları yığcam skaner əllə yazılmış və çap notlarını “oxumaq” və onların əsasında musiqini səsləndirməyə “qadirdir”. Qurğu bəstəkarlar və notu yeni öyrənməyə başlayanlar üçün gərəklidir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qeyri-adi cihaz “Gocen” adlandırılıb. O, müxtəlif musiqi alətləri (fortepiano, skripka, truba və s.) üçün yazılmış notları fərqləndirməyə “qadirdir”. Notları böyük və kiçik çəkməklə səsləndirmənin gurluğunu nizamlamaq olar.

“Gocen” cihazı hazırda yalnız kompüterə qoşulduqda işləyir, lakin istehsalçılar artıq yaxın gələcəkdə sistemi mobil tətbiq halına salmağa hazırlaşırlar. “Gocen” hələlik mükəmməl deyil, o bəzən aşağı və yüksək notların “tanımaqda” qeyri-dəqiqlik göstərir, lakin layihənin təsisçiləri bu problemi aradan qaldırmağa söz veriblər. “Gocen” cihazının mühüm xüsusiyyətlərindən biri akkordları yaxşı emal etməsidir.

"Bizim qurğumuz uşaqlara və yeni başlayan musiqiçilərə musiqi savadını daha sürətli qavramaqda yardımçı olacaq" – istehsalçılar bildiriblər.
 


 
EMİL





15/11/12    Çap et