Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” Cənubi Afrikada pulsuz internet təklif edəcək
“Google” şirkəti Cənubi Afrika Respublikasının (CAR) “Telkom” rabitə operatoru ilə qeyri-adi saziş bağlayıb. Sazişin şərtinə əsasən, “Telkom” rabitə operatoru pulsuz internet təklif edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni “Free Zone” xidməti “Telkom” rabitə operatorunun təqdim etdiyi “8ta” mobil xidmətinin abunəçilərinə əlçatan olacaq və onun şərtlərinə görə CAR istifadəçiləri internet-nəhəngin bütün xidmətlərindən pulsuz istifadə edə biləcəklər. Sözsüz ki, pulsuz internetdən istifadə üçün abunəçidə interneti dəstəkləyən mobil telefon olmalıdır.
"CAR-ın əhalisinin təxminən 80 faizi mobil telefona malikdir, lakin burada mobil internetdən istifadə hər kəsin cibinə görə deyil. Belə təklif onlarda maraq oyatmalıdır" – “Google South Africa”-nın meneceri Lyuk Makend bildirib.Xatırladaq ki, “Google” cari ayın əvvəlində Filippində oxşar təşəbbüs həyata keçirib.
EMİL
15/11/12 Çap et