Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Oktyabrda internet tarifləri 4,7 faiz ucuzlaşıb


Oktyabr ayında telekommunikasiya sahəsində internet tarifləri 4,7 faiz ucuzlaşıb.Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, bu müddətdə mobil telefon rabitəsi üzrə isə 0,3 faiz bahalaşma müşahidə edilib.

Qeyd edək ki, yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1019.3 milyon manat dəyərində və ya əvvəlki ildə olduğundan 16.7 faiz çox rabitə xidməti göstərib. Xidmətlərin 72.3 faizi əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.





15/11/12    Çap et