Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” təhlükəsizlik sistemindəki boşluğu aradan qaldırıb


“Skype” təhlükəsizlik sistemindəki boşluğu aradan qaldırıb. Qeyd edək ki, boşluq nəticəsində kibercinayətkarlar yalnız “qurban”ın elektron poçt ünvanını bilməklə istənilən hesabı ələ keçirə bilərdilər. Hazırda şifrənin sıfırlanması funksiyasından istifadə etməklə digər hesabı “sındırmaq” mümkün deyil.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Skype” yaranmış problemə görə üzr istəyib. Şirkət ələ keçirilmiş hesabların sayı barədə məlumat verməyib.







 
EMİL





15/11/12    Çap et