Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin kompüter şəbəkəsi mərkəzi əlaqəsi yaradılıb


Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasının dispetçer xidmətinin yeni inzibati binasında ən müasir kompüter şəbəkəsinin yaradılması başa çatdırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, “103” çağırış nömrələrinin fasiləsiz fəaliyyətinin təmin edilməsi ilə 2 ayrı istiqamətdən bir-birini əvəzedəbiləcək fiber-optik kabel stansiyaya çatdırılıb. GPRS üzərindən təcili tibbi yardım stansiyalarının və avtomobillərinin mərkəzlə əlaqəsi yaradılıb.

Xüsusi elektron xəritə üzərindən hər an hadisəyə ən yaxın avtomobilin təyin edilməsi mümkündür. Mərkəzi Stansiyada fəaliyyət göstərən dispetçerlərin istifadəsinə yeni yaradılmış xüsusi proqram təminatı hazırlanıb. Bu proqram vasitəsilə dispetçerlərin işinin effektivliyi və əhaliyə operativliyi daha da artıb.


 
HƏQİQƏT





15/11/12    Çap et