Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gmail” məktubları həcminə görə axtaracaq


“Gmail” poçt xidməti artıq məktubları həcminə görə də axtaracaq.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, axtarış operatorlar vasitəsilə həyata keçirilir. Məsələn, həcmi 5 MB-dan çox olan məktubları axtarmaq üçün “Gmail” poçt xidmətinin axtarış sətrinə "size:5m" və ya "larger:5m" daxil etmək lazımdır. "larger:2m smaller:3m" sorğusu üzrə həcmi 2-dən 3 meqabayta qədər olan məktublar axtarılacaq. Axtarış zamanı məktubun və ona bərkidilmiş faylın həcmi nəzərə alınır.
Operatorların tam siyahısı ilə “Gmail”-in soraq bölməsində tanış olmaq olar.
 
Məlumat üçün bildirək ki, “Gmail” poçt xidməti “Google” korporasiyasına məxsusdur. “ComScore” tədqiqat şirkətinin məlumatına görə, onun aylıq auditoriyası 290 milyona bərabərdir.






EMİL
 





15/11/12    Çap et