Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Şahin Mustafayev: “ 2013-cü ildə Azərbaycanda informasiya və rabitə sektorunda 10,9% artım gözlənilir”
«2013-cü ildə Azərbaycanda informasiya və rabitə sektorunda 10,9%, növbəti 3 ildə isə orta illik 10,1% artım gözlənilir». "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev danışıb.
Ortamüddətli dövrdə informasiya və rabitə sektorunun dinamik artımının davam edəcəyini önə çəkən Ş.Mustafayevin sözlərinə görə, ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük ümidlər və getdikcə proqnozlaşdırılan nəticələr əldə olunacaq: «Belə ki, İKT sahəsində yeni xidmətlərin genişlənməsi ilə yanaşı, Azərbaycanın ilk peykinin orbitə çıxarılması bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq. Azərbaycan təqdim edəcəyi xidmətləri ilə də növbəti bir cığır açmış olacaq».
SEYMUR
15/11/12 Çap et