Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Cisco” “Cloupia” şirkətini satın alır
Şəbəkə aparat həllərinin ən böyük istehsalçılarından biri olan “Cisco Systems” məlumat mərkəzlərində əməliyyatların avtomatlaşdırılması üçün nəzərdə tutulmuş məhsulların hazırlanması ilə məşğul olan “Cloupia” özəl şirkətini satın almaq üçün saziş bağladığı haqqında bəyan edib.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, satınalmanın 2013-cü ilin ikinci maliyyə rübündə bağlanacağı gözlənilir.
EMİL
16/11/12 Çap et