Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” iş axtarışı üzrə tətbiq istifadəyə verib
“Facebook” sosial şəbəkəsi iş axtarışı üçün tətbiq istifadəyə verib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, tətbiq ABŞ-ın Əmək Nazirliyinin dəstəyi və Amerikanın əmək bazarı və məşğulluq problemləri ilə əlaqəli bir sıra ictimai təşkilatların dəstəyi ilə həyata keçirilib. Tətbiqin hazırlanmasına 1 il vaxt sərf olunub.
“Social Jobs” istifadəyə verildiyi gün vakansiyaların sayğacında 1,73 milyon azad iş yeri mövcud olub. Tətbiqin səhifəsindəki axtarış sistemi lazımi vakansiyaları sahələr üzrə filtrasiya etmək imkanı yaradır. Bundan başqa, istifadəçilərə vakansiya bazarındakı populyar iştirakçıların tətbiqlərindən istifadə etmək təklif edilir.“Facebook”un nümayəndələri “Social Jobs” tətbiqinin Amerikanın əmək bazarını dəyişdirəcəyinə ümid edirlər.
EMİL
16/11/12 Çap et