“Samsung” “Galaxy 3D” istifadəyə verəcək
Əgər anonim Koreya mənbələrinin xəbərlərinə inansaq, “Samsung” şirkəti mobil qurğularda “3D” texnologiyasından istifadə edəcək. “Samsung Hub” yazıb ki, korporasiya “Galaxy 3D” şərti adlı smartfon üzərində işləyir. O, “Android” əməliyyat sistemi ilə işləyəcək və modelin cari ilin IV rübündə istifadəyə verilməsi planlaşdırılıb. İrihəcmli məzmuna xüsusi eynəksiz baxmaq mümkün olacaq.
Smartfonun ilkin texniki xüsusiyyətləri də bildirilib: 1.2 QHz tezlikli 2 nüvəli “Exynos” prosessoru, 4,3 diaqonallı maye kristal ekran, ikiqat 8 meqapiksel kamera və təsviri televizorun “3D” ekranına çıxardılası konnektor.
www.onliner.by