İnformatika üzrə “Ən yaxşı videoresurs” müsabiqəsinin qalibləri mükafatlandırılıb
İnformatika müəllimləri üçün nəzərdə tutulan “Ən yaxşı videoresurs” müsabiqəsi artıq başa çatıb. “ICTnews” Elektron xəbər xidmətinə bu barədə
http://www.informatik.az/ saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, Təhsil Nazirliyində müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Müsabiqənin qalibləri Ordubad rayonunun, Dırnıs kəndindən Etibar Süleymanov, Bakı şəhərindən Aynur Rüstəmova, Lənkəran şəhərindən Seyran Əliyev, Sumqayıt şəhərindən Çinarə Bayramova, Bakı şəhərindən Kənan İsmayılov seçilib.
Qeyd edək ki, “Ən yaxşı videoresurs” müsabiqəsinə 14 fevral 2011-ci il start verilib. Müsabiqənin şərtlərinə Azərbaycan dilində informatika dərslikləri əsasında videodərslərin hazırlanması daxildir.
HƏQİQƏT