Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sahibkarlar üçün yaradılmış portalın xidmətlərindən istifadə edənlərin sayı 52 minə çatıb


Bu ilin oktyabr ayında 14300-dən çox internet istifadəçisi İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış "http://www.icazeler.gov.az/" portalının xidmətlərindən istifadə etmişdir. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə sözügedən nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, internet istifadəçilərinin 1100-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Böyük Britaniya, Ukrayna, Çexiya, Lüksemburq, Fransa, Kanada, Belçika, Filippin, İtaliya, Özbəkistan və İsveç kimi ölkələrdəndir. Ümumilikdə isə, 2012-ci ilin mart ayından fəaliyyətə başlayan portaldan indiyədək 52 minə yaxın internet istifadəçisi yararlanıb. 

Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən "www.icazeler.gov.az" portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.


 
HƏQİQƏT





16/11/12    Çap et