Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1.5 milyon dollar dəyərində “iPad” mini-planşeti oğurlanıb


Nyu-Yorkda Con Kennedi adına aeroportdan 1.5 milyon dəyərində 3600 ədəd “iPad mini” planşeti oğurlanıb.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, partiya Çindən gəlmişdi və ABŞ ərazisində satılmaq üçün yerli satış kanallarına daxil olmalı idi.

“The New York Post” nəşrinin məlumatına görə, oğurluq iki insan tərəfindən həyata keçirilib.Qeyd edək ki, bu hadisə Con Kennedi adına aeroportda ilk deyil. Belə ki, 1978-ci ildə cinayətkarlar 900 min dollar dəyərində zinət əşyaları və 5 milyon pul oğurlamışdılar.






 
EMİL





16/11/12    Çap et