Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin ətraf mühitə nəzarət etmək üçün orbitə yeni peyk buraxıb


Bu gün Çində yerli vaxtla saat 6:53 radələrində "Çançjen-2S" raket daşıyıcısı vasitəsilə Tayyuan kosmodromundan "Xuanszin-1Sn" (Ətraf mühit) peyki orbitə buraxılıb.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "Xuanszin-1S" artıq Çinin orbitə buraxılmış üçüncü belə peykidir, lakin o, texniki cəhətdən hazırda orbitdə fəaliyyət göstərən peykləri üstələyir. Qeyd edək ki, əvvəlki iki peyk ("Xuanszin-1A" və "Xuanszin-1V") 2008-ci ilin sentyabrında eyni zamanda orbitə buraxılmışdı. Çin yeni peyki orbitə buraxmaqla ölkə ərazisində baş verə biləcək təbii fəlakətlər haqqında məlumat toplanılması və ekoloji vəziyyətə nəzarət imkanlarını genişləndirəcək.







EMİL





19/11/12    Çap et