Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“CES 2013” sərgisində 20 min qurğu təqdim ediləcək


Dünyanın ən böyük istehlak elektronikası sərgilərindən biri olan “CES”-in açılışına 2 aydan az vaxt qalıb. “CES 2013” təşkilatçıları keçirdikləri mətbuat konfransında tədbir barədə məlumat veriblər. 150 ölkədən 3 min iştirakçının təxminən 20 min məhsul təqdim edəcəyi gözlənilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “CES” sərgisində mobil yeniliklərin təqdimatına ildən-ilə daha çox yer ayrılır. “CES 2013” də bu baxımdan istisna olmayacaq; orada smartfon bazarı ilə əlaqəli daha çox qurğu təqdim ediləcək.

Qeyd edək ki, “CES 2013” sərgisi 2013-cü il yanvarın 8-dən 13-dək Las-Veqas şəhərində keçiriləcək. Sərgini ən azı 150 min insanın ziyarət edəcəyi gözlənilir.


 
EMİL





19/11/12    Çap et