Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın ev sahibliyi etdiyi İnternet İdarəçiliyi forumu dünya mediasında geniş işıqlandırılıb
Azərbaycanın ev sahibliyi etdiyi 7-ci İnternet İdarəçilik Forumu dünya mediasında geniş işıqlandırılıb. Böyük-Britaniyanın «BBC»-i, İspaniyanın «ANTENNA-3 TV», İtaliyanın “RAİ” televiziyası, Rusiyanın Dövlət Televiziyası və «TV Novosti» kanalı, Türkiyənin «İHLAS» xəbər agentliyi, eləcə də Belarus, Almaniya, Fransa, İslandiya, Portuqaliya, Lüksemburq, İsveç, İsveçrə, Makedoniya, Mərakeş və Panamanın nüfuzlu telekanaları və informasiya agentlikləri forumla bağlı silsilə reportajlar təqdim edib. Forumun İnternet idarəçiliyi sahəsindəki mövcud problemlərin həlli baxımından əhəmiyyətini qeyd edən dünya mediası təşkilati məsələlərə də xüsusi diqqət yetirib.
Bildirilib ki, Azərbaycan hökuməti forumun yüksək səviyyədə təşkili üçün bütün lazımi tədbirləri görüb. Xatırladaq ki, 7-ci İnternet idarəçiliyi forumu noyabrın 5-dən 9-dək Bakıda keçirilib. Tədbirdə 100-dən çox ölkədən 1500-dən çox nümayəndə iştirak edib.
19/11/12 Çap et