Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” “Kinect” patentlərin pozulmasında ittiham edilib


“Microsoft” korporasiyası patentlərin pozulmasında ittiham edilib. Ohayo (ABŞ) ştatında yerləşən “İmpulse Technology” şirkəti bildirib ki, “Kinect” sensor kontrollerində onun patentlənmiş texnologiyaları pozulub. “İmpulse Technology” şirkəti “Microsoft” şirkətinə qarşı Delaver ştatının Federal Məhkəməsinə iddia verib.
İddiada bildirilib ki, yalnız “Microsoft” şirkəti deyil, həmçinin bir sıra “Kinect-oyun” istehsalçıları, xüsusən “Electronic Arts”, “Ubisoft” və THQ şirkətləri patentlənmiş hazırlamalara hüquqları pozublar. İddiaçı bildirib ki, sadalanan şirkətlər virtual hərəkətlərlə iş texnologiyasına olan hüquqları pozurlar. İddia iyul ayının 1-də verilib, amma onun haqqında yalnız indi açıq şəkildə məlum olub.


cybersecurity.ru




25/07/11    Çap et