Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil qurğular üçün zərərli proqramların sayı 2 dəfə artıb


“McAfee” şirkətinin 2012-ci ilin üçüncü rübü üzrə təhdidlər haqqında dərc etdiyi hesabatda kibercinayətkarların istifadə etdiyi metodlar və kibertəhlükələrin beynəlxalq miqyasda təkamül prosesi təhlil edilib. Mobil qurğular üçün zərərli proqramların sayı təxminən 2 dəfə və verilənlər bazasının “sındırılması” hadisələrinin sayı rekord dərəcədə artıb. “Mac” əməliyyat sistemi (ƏS) üçün rutkit və zərərli proqramların yayılması tempi artmağa davam edib.

“McAfee” mütəxəssisləri, həmçinin şifrələrin ələ keçirilməsi üçün troyanların və avtomatik icra olunan zərərli proqramların sayının artmasını qeydə alıb.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, üçüncü rübdə internet üzərindən həyata keçirilən maliyyə fırıldaqçılığı geniş yayılıb. Yeni məlumatlara əsasən, cari ilin əvvəlində “McAfee Labs” və “Guardian Analytics” şirkətlərinin aşkar etdiyi “High Roller” əməliyyatı Avropanın hüdudlarını aşaraq ABŞ, Kolumbiya və digər ölkələrə də yayılıb.

Kibercinayətkarlar elektron hesablamaların avtomatlaşdırılmış sistemini yaradaraq ondan Avropanın maliyyə institutlarına hücum istifadə ediblər, bundan sonra ABŞ-da böyük beynəlxalq maliyyə müəssisəsinə hücum etməyə qərar veriblər.
Hesabat rübündə “qurban”larından pul qopardan unikal proqram nümunələrinin sayı 43 faiz artıb. Qurğuların virusa yoluxması elektron məktuba gələn və sosial şəbəkələrdəki istinadlar, həmçinin “PPI” (Pay-Per-Install) sxemləri vasitəsilə baş verir.

Əksər hallarda zərərli proqram istifadəçini icazə verilməyən sayta daxil olmaqda "ittiham edir" və kompüteri bloklayır və bundan  sonra qurğunu blokdan çıxarmaq üçün ondan müəyyən məbləğ ödəməyi tələb edir. Hücum “qurban”larının bu məbləği ödəmək iqtidarında olmasına baxmayaraq, sistemin tam bərpasına zəmanət yoxdur.

Hərçənd hesabat rübündə zərərli proqramların artım tempinin bir qədər azalmasına baxmayaraq, bununla belə zərərli proqram nümunələrinin ümumi sayı 100 milyonu ötüb. Mobil qurğular üçün zərərli proqramların sayı ötən rüblə müqayisədə təxminən 2 dəfə  artıb. “Android” platforması isə əsas hücum obyekti olaraq qalır.
 
EMİL





19/11/12    Çap et