Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon“ rekord mədaxil proqnozlaşdırır


Yeni ilqabağı satışlar zamanı bir çox mağazalar xeyli gəlir əldə edir. “Amazon” da bu baxımdan istisna deyil və hazırda şirkət 2012-ci il dördüncü rübün nəticəsinə görə rekord mədaxil proqnozlaşdırır. Bu barədə internet-mağazanın direktoru Ceff Bezos (Jeff Bezos) bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2011-ci ilin son rübünün nəticəsinə görə, “Amazon”un mədaxili ötən illə müqayisədə 35 faiz artıb. Hazırda şirkət yeni ilqabağı satışlara hazırlaşır. Bunun üçün əlavə olaraq 50 min əməkdaş işə götürülüb, onlar müştərilərin sifarişlərini qəbul edəcək və bağlamaları qablaşdıracaqlar.







 
EMİL





19/11/12    Çap et