Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RIM” üçün “Android” platforması maraqlı deyil


“Research In Motion” (RIM) şirkəti son zamanlar iş prosesini qurmaq, bazarda rəqabət qabiliyyətini qoruyub saxlamaqla bağlı xeyli tövsiyələr alır. Belə tövsiyələrdən biri şirkətin “Android” əməliyyat sistemi ilə işləyən qurğulara keçməsidir. Şirkətin baş direktoru Torsten Heyns (Thorsten Heins) bildirib ki, bu mümkün deyil.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, onun sözlərinə görə, “Samsung” şirkəti “Android” smartfon bazarında mütləq liderdir və digər istehsalçıların Cənubi Koreya nəhəngi ilə rəqabət aparması son dərəcə çətindir. Heyns, həmçinin bildirib ki, şirkət “Google” platformasını istifadə etməyəcək, çünki bu zaman “BlackBerry” istifadəçilərinə nəzakətsizlik edilmiş olar.

Əvəzində “RIM” şirkəti diqqətini “BlackBerry 10” platformasına yönəldib. İstehsalçı bu platforma vasitəsilə telefon biznesini dirçəltmək niyyətindədir.




EMİL





19/11/12    Çap et