Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərkosmos” ASC-nin nümayəndələri ilə ARDNŞ-in Ekologiya İdarəsində görüş keçirilib
ARDNŞ-in Ekologiya İdarəsində “Azərkosmos” ASC-nin nümayəndələri ilə görüş keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə idarənin məlumatında deyilir.Görüş zamanı qonaqlara Ekologiya İdarəsinin fəaliyyəti və həyata keçirilən ekoloji layihələr barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar “Azərkosmos” ASC-nin peyk texnologiyalarının tətbiqi ilə məlumatların yüksək dəqiqliklə alınması, onların emalı, müxtəlif sahələrdə effektiv tətbiqi və gələcəkdə bu istiqamətdə nəzərdə tutulmuş layihələr barədə informasiya veriblər. Qeyd olunub ki, “Azərkosmos” ASC hazırda iki əsas layihənin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Bunlar, “Kommunikasiya peyk layihəsi” və “Məsafədən zondlama layihəsi”dir.
Görüşdə “Azərkosmos” ASC-nin nümayəndəsi peyk texnologiyalarının neft-qaz sənayesində, o cümlədən ekoloji məsələlərin həlli istiqamətində tətbiqi barədə geniş təqdimatla çıxış edərək, bu sistemin istifadəsi üçün texniki vasitələr, proqram təminatı, zəruri informasiyalar və kosmik məlumatların qəbuledici kompleksinin funksional imkanları ilə görüş iştirakçılarını tanış edib.
Sonda görüş iştirakçıları ARDNŞ-in fəaliyyət sahələrində ekoloji məsələlərin effektiv idarə olunması üçün peyk texnologiyalarının tətbiq imkanları barədə fikir mübadiləsi aparıblar.
CAHANGİR
19/11/12 Çap et