Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” səhifələrin virtual “vərəqlənməsi” effektinə patent alıb
"Apple" şirkəti səhifələrin virtual "vərəqlənməsi" effekti üzərində hüquq əldə edib. "iPhone" və "iPad" istehsalçısı öz metodunu xüsusi tip animasiyaya görə (digər istehsalçılar onu öz tətbiqlərində yarada bilməyiblər) unikal hesab edir. Patenti ABŞ-ın Patent və Ticarət markaları üzrə Bürosu (USPTO) verib.
"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Apple" şirkəti yalnız ötən həftə 37 texnologiyaya patent əldə edib.
"Apple" şirkəti son zamanlar mümkün olan hər şeyi patentləşdirir ki, günahkarı istənilən zaman məhkəməyə vermək imkanı olsun.
EMİL
19/11/12 Çap et