Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün informasiya daşıyıcılarında eyni standartlaşmış adlardan istifadə edilməsi müzakirə ediləcək


Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təşkilatçılığı ilə ölkə paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) Coğrafi adların standartlaşması üzrə Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinin 10-cu iclası öz işinə başlayacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, 2 gün davam edəcək iclas BMT-nin Şərqi Avropa, Şimali və Orta Asiya Şöbəsinə daxil olan ölkələrdə nəşr olunan Coğrafi Adlara aid olan sorğu kitablarını bir-birinə göndərmək və romanlaşma qaydaları ilə tanış etmək məqsədi daşıyır.

Bununla yanaşı, 10-cu iclasda bu ölkələrdə Coğrafi Adların standartlaşmasına vahid yanaşılması, təriflərə yol verilməməsi və bütün informasiya daşıyıcılarında eyni standartlaşmış adlardan və təsdiq olunmuş ekzonimlərdən istifadə edilməsi məsələləri də müzakirə ediləcək.



HƏQİQƏT





20/11/12    Çap et